Azərbaycanın şimal-qərbində yerləşən Şəki şəhəri, təbiəti, tarixi və mədəniyyəti ilə ölkənin ən möhtəşəm səyahət istiqamətlərindən biridir. İpək Yolu üzərində yerləşməsi səbəbilə yüzillər boyu ticarətin, mədəniyyətin və sənətkarlığın mərkəzi olmuşdur. Bu yazıda Şəkinin tarixi, tarixi məkanları və məşhur mətbəxi ilə tanış olacağıq. Şəkinin tarixi minillərlə ölçülür. Arxeoloji qazıntılar burada hələ e.ə. II minillikdən bəri yaşayış olduğunu göstərir. Şəki tarixən müxtəlif adlarla tanınıb: Sakasena, Şəkan, və nəhayət, Şəki.

  • İpək Yolu üzərində yerləşməsi şəhəri beynəlxalq ticarət üçün strateji nöqtəyə çevirib.
  • Şəki Xanlığı XVIII əsrdə bölgədə formalaşaraq mədəni və siyasi mərkəz rolunu oynayıb.
  • 1830-cu illərdə Rusiya imperiyasına birləşdirildikdən sonra da Şəki öz ənənəvi sənətkarlıq və ticarət mədəniyyətini qoruyub.
  • 2019-cu ildə Şəki tarixi mərkəzi və Xan Sarayı UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi.

    Bu gün də Şəki öz qədim görünüşünü qorumaqla yanaşı, turizm və mədəniyyət baxımından inkişaf etməkdədir.

Şəkinin Tarixi Məkanları

1. Şəki Xan Sarayı

    Şəki səfərinin simvoluna çevrilmiş bu saray 1762-ci ildə Hacı Çələbi xanın nəvəsi tərəfindən inşa edilmişdir. Tamamilə şəbəkə sənəti ilə bəzədilmiş pəncərələri, heyranedici freskaları və taxta oymaları ilə diqqət çəkir. Sarayın bir dırnağı belə mismarsız tikilib.

2. Karvansaray Kompleksi

    Şəki tarixi boyunca ticarət karvanlarının əsas dayanacaq nöqtəsi olmuşdur. Burada yerləşən Yuxarı və Aşağı Karvansaraylar 18–19-cu əsrlərdə inşa edilib. Hazırda karvansaray otel və muzey kimi fəaliyyət göstərir.

3. Qədim məhəllələr və Şəki evləri

    Şəkinin dağ yamacında yerləşən məhəllələri özünəməxsus memarlıq üslubuna malikdir. Qırmızı kirəmitli damlar, taxta balkonlar və dar daş küçələr bu şəhərə unikal gözəllik qatır.

4. Cümə Məscidi və Gileyli Məscidi

    18–19-cu əsrlərə aid bu dini abidələr həm tarixi, həm də memarlıq baxımından ziyarətçilər üçün maraqlıdır.

5. Şəki Tarix-Diyarşünaslıq Muzeyi

    Burada şəhərin minillik tarixindən tutmuş, Şəki xanlarının əşyalarına və xalq sənətkarlığına qədər müxtəlif eksponatlara baxmaq mümkündür.Şəkidə 3 günlük istirahətdə olduğum zaman gözəl və təmiz olması çox diqqətimi çəkmişdi. Gözəl memarlı tikililəri vardı. Qalacağım hotelin adı “Old Town Şəki” idi. KarvansarayaXan Sarayına məsafə olaraq çox yaxın olması səbəbindən tutmuşdum. Sonradan öyrəndim ki qaldığım hotel də tarixi bir məkandır. Şəkidə çox sayıda gözəl səliqəli hotellər var. Onlardan bir neçəsini sizin üçün qeyd edirəm.
  

Sheki Palace Hotel

Marxal Resort & Spa

Kungut Hotel & Restaurant

Old Town Sheki

    Qiymət, keyfiyyət və lokasiya seçimi üçün linklərini də yerləşdirdim sizin üçün. Doğru seçim gözəl Şəki səfərinizin ilk addımı olacaq.

    Şəkinin tarixi yerlərini gəzməyə səbirsizlənirdim və ilk gündən etibarən gəzməyə başladım. Öncə Karvansarayı gəzməyə getdim. Şəkidə 2 ədə karvansaray var. Birincisi yuxarı karvansaray və ikincisi isə aşağı karvansaraydı. Aşağı karvansaray restavrasiya səbəbindən illərdiki bağlıdı, amma yuxarı karvansaraya getdim. Karvansaraya girən anda tarixi məkan səni neçə yüzillər geriyə aparır. Gözəl memarı tikili insanı valeh edir. Möhtəşəm tarixi tikilidə çoxca şəkillər çəkdirdim. Karvansarayın çıxışında Şəkini yaxşı tanımadığıma görə minyatur muzeyə gedib həm ətraflı məlumat almaq həmdə şəkini bu 3 gündə dolu-dolu necə gəzəcəyimi planlamaq istəyirdim. Elədə oldu minyatur muzeyində aldığım məlumatlar məni həm Şəkinin tarixi ilə tanış etdi həm də şəhəri gəzmə planı qurmağıma da kömək etdi. Sonrasında isə Şəki Xan SarayıCümə Məscidi, Gileyli məscid, Şəkixanovların eviGələrsən Görərsən qalasıKiş qalası (Kiş kəndi) və.s kimi gəzdim. Görmək istədiyim bir tarixi məkan var ki ora gedə bilmədim. Bu tarixi məkan Yeraltı hamam idi. Çox fərqli xüsusiyyətdə olması diqqətimi çəkmişdi. Bir başqa mövzu var ki Şəkinin tarixi kimi möhtəşəmdir. Bu mövzu təbiiki Şəkinin mətbəxidi.

Şəki Mətbəxi

    Şəki yalnız tarixi ilə deyil, mətbəxi ilə də məşhurdur. Bölgənin yeməkləri həm hazırlanma üsulu, həm də dad baxımından Azərbaycanda seçilir. Şəkinin ən məşhur yeməyidir. Küpə bənzər saxsı qabda, noxud, qoyun əti, quyruq və zəfəranla hazırlanır. Ənənəyə görə piti iki mərhələdə yeyilir: əvvəl suyu, sonra isə içlik. Şəki pitisinə doymadım 😊 Bəzi yeməklərindən qatlama və döymə plov var ki yerli düyü və ət ilə hazırlanan yeməklərdir. Çox vaxt toy və mərasimlərdə təqdim olunur.

    Şirniyyat sənətinin zirvəsi sayılır Şəki halvası. Qoz, şəkər, ətirli ədviyyatlar və çox nazik xəmir qatlarından hazırlanır. Halvanın hazırlanması xüsusi ustalıq tələb edir. Çox şərbətli olması səbəbindən ilk tərcihlərim arasında yer almır 😊 Əlavə olaraq Şəki paxlavası var ki, digər paxlavalardan fərqli olaraq, qat-qat deyil, içlik daha qalın, üstü isə xüsusi dizaynla bəzədilir. Tövsiyyəm odur ki evə qayıtmadan Şəki havlasıŞəki paxlavasıküncüt halvasımədinə halvasıbamiyə almadan qayıtmayın.

    Aldığım məlumatlara görə şorqoğalı və qutabları da var ki, yaylaq mövsümündə hazırlanır. Xüsusilə göyərtili və pendirli növləri çox sevilir. Bu səfər olmadı amma gələcək səfərə şorqoğalı və qutablarını da dadacağam.

    Şəki – təkcə qədim şəhər deyil, o, Azərbaycan mədəniyyətinin canlı muzeyidir. Həm tarixsevərlər, həm də qastronomiya həvəskarları üçün unudulmaz təcrübələr vəd edir. Daş küçələri, xan sarayı, karvansarayları və misilsiz yeməkləri ilə Şəki sanki keçmişin bu günlə danışdığı bir şəhərdir.

Əgər Azərbaycanda unikal və zəngin bir mədəniyyətə toxunmaq istəyirsinizsə, Şəki sizin mütləq getməli olduğunuz yerdir. Sual və rəy bildirməkdən çəkinməyin – şərh bölməsində sizi gözləyirəm! 😊

Xetai Mazanov Avatar

Published by

Yorum bırakın